Niderlandın paytaxtı Amsterdamda naməlum şəxs Piter de Vries adlı jurnalistə atəş açaraq ağır yaralayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər polisinin məlumatında deyilir.
Yaralı jurnalist xəstəxanaya çatdırılıb.
Telestudiyadan çıxan P.Vriesə cinayətkar 5 dəfə atəş açıb. Güllələrdən biri onun baş nahiyəsinə dəyib.
İnsidentlə ilə bağlı polis genişmiqyaslı araşdırmalara başlayıb.
















