• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Donbas işğaldan azad ediləcək!" - Zelenski

DÜNYA

05 Avqust 2021 | 16:26

"Donbas işğaldan azad ediləcək!" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Donbasın heç vaxt Rusiya ərazisi olmayacağını və işğaldan azad olacağını bildirib. 

Bakıvaxtı.az xəbər verir ki,  o, bu barədə "Dom TV"-yə verdiyi müsahibədə qeyd edib. 

Donbasın heç vaxt rus torpağı olmayacağını vurğulayan Zelenski, orada yaşayan insanlara səslənərək bu sözləri  deyib:

"Əgər Rusiyanı sevirsinizsə və ömrü boyu yaşadığınız Ukrayna torpağını Rusiya hesab edirsinizsə, uşaqlarınız və nəvələriniz üçün Rusiyaya  gedib, yer axtarmalısınız". 

Bununla yanaşı,  Ukraynasız Donbasda bir mədəniyyət olmayacağını ifadə edən Zelenski:

"Donbasın Ukrayna torpağı olduğunu bilirsinizsə, Ukrayna bayrağına və dilinə hörmət edin və gözləyin!  Donbas işğaldan azad olacaq!",- deyə ifadə edib. 

Ukrayna rəbəri  son olaraq,   "Almaniyadakı divarın dağıldığı kimi Donbas da azad ediləcək" şərhi ilə sözünü bitirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR