• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Səudiyyədə qadınlarla bağlı bu qadağa götürüldü

DÜNYA

05 Avqust 2021 | 20:45 | Müəllif: Subhan Mahmudov

Səudiyyədə qadınlarla bağlı bu qadağa götürüldü

Səudiyyə Ərəbistanında qadınların polis və orduya cəlb edilməsinin ardınca onlar üçün yeni iş yeri açılıb.

Bakıvaxtı.az  xəbər verir ki, artıq “Saudia” aviaşirkəti də qadınları işə götürməsi barədə xəbər dərc edib.

Belə ki, Ciddə və Ər-Riyadda yerli stüardessaların uçuşlara qatılması təmin edilib. Onların işə qəbulu zamanı irəli sürülən şərtlər 20-30 yaş arası olması və ingilis dilində səlis danışması olub. “Saudia” aviaşirkəti pilotların da tamamilə yerli kadrlardan olacağını bildirib. Onların arasında ötən il təyyarə sükanı arxasına keçmiş ilk qadın pilot Yasmin Əl Məymani də var.

Aşağıbüdcəli Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkəti də qadın stüardessaların işə qəbuluna start verib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR