• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Paşinyan Rusiyaya gedir

DÜNYA

06 Iyul 2021 | 16:50

Paşinyan Rusiyaya gedir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026