Körpəniz qucağınızdadır, hər şey yolunda gedir, amma güzgüyə və ya çəkiyə baxanda görürsən ki, hamiləlik zamanı aldığın çəkinin böyük hissəsi hələ də səninlədir. Bu çəkiləri atmaq üçün doğuşdan dərhal sonra işə başlaya bilərsiniz. Ancaq uşaq əmizdirirsinizsə, arıqlamağınız və pəhriziniz mütləq laktasiya dövrünə uyğun olmalıdır.
Bakıvaxtı.az-ın məlumatına görə, mütəxəssis dietoloq Aslıhan Küçük Budak həmin analara bildirib ki, arıqlama prosesi asan olacaq və stress keçirməyə ehtiyac yoxdu. Araşdırmalar göstərir ki, uşaq əmizdirmək gündə orta hesabla 500 kkal istehlak edir. Bu isə 45-60 dəqiqəlik orta intensivlikli fiziki məşqlərə bərabərdir: “Buna görə də pəhrizinizdəki kiçik dəyişikliklərlə belə asanlıqla arıqlaya bilərsiniz, məsələn, yalnız uşağa ana südü vermək və sağlam bişirmə üsullarından istifadə etmək, işlənmiş qidalardan istifadə etməmək, yağsız protein mənbələri və kompleks karbohidratları çox məhdudlaşdırmadan və ac qalmadan istehlak etmək belə kifayətdir”.
Mütəxəssis deyib ki, körpənin sağlam inkişafı, xəstəliklərdən qorunması və doğuşdan sonra ananın tez sağalması üçün ana südü çox vacibdir: “Bu səbəblə məqsədiniz arıqlamaq yox, südünüzün keyfiyyətli olması olmalıdır. Effektiv süd üçün gün ərzində kifayət qədər protein, karbohidrat, zülal, yağ, vitamin, mineral və mayelər istehlak etməlisiniz. Sürətli arıqlamaq üçün şok pəhrizlər tətbiq etmək, bütün bu qidalarla zəif qidalandığınız və buna görə də məhsuldar olmayan süd istehsal etdiyiniz deməkdir”.
Onun sözlərinə görə, uzun müddətli oruc da süd istehsalına mənfi təsir göstərir. Uşaq əmizdirən ana 2-2,5 saatlıq fasilələrlə qidalanmalıdır: “Arıqlamaq üçün uzun müddət ac qaldığınız zaman süd istehsalını azaldır və uşaq əmizdirmənin təsiri ilə daha çox aclıq hissi keçirə, nəzarəti itirə bilər, nəticədə sonrakı yeməkdə daha çox kalori qəbul edə bilərsiniz. Süd istehsalı üçün sağlam və balanslı qidalanmalı, bol maye istehlak etməli, stressinizi idarə etməli, yuxuya diqqət etməli və körpənizlə yaxın münasibət qurmalısınız; və tahin, yulaf, şüyüd, şüyüd çayı, əncir qurusu, qoz, maş, küncüt, yumurta kimi süd artırıcı qidaları pəhrizinizə əlavə etmək kifayətdir. Süd üçün böyük porsiyalar yemək, şirniyyatlara və yağlı qidalara müraciət etməyin kökəlmənizə səbəb olmasından başqa heç bir təsiri olmayacaq”.
Aytac Aslan






jpeg-1666182757.webp)







jpg-1666178407.webp)

