ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qatıldığı canlı yayım proqramında açıqlama verib.
Bakıvaxtı.az "The Hill"-ə istinadən bildirir ki, ABŞ televiziyasının aparıcısı Oprah Vinfreyin canlı yayımında çıxış edən Harris qeyd edib ki, evinə hücum etmək istəyən istənilən şəxs güllələnəcək.
O, bununla onun evinə hücum etmək istəyən şəxslərə mesaj verib.
Harris çıxışına davam edərək qeyd edib:
"Yəqin ki, bunu deməməliydim, işçilərim daha sonra bununla məşğul olacaq".
Əvvəlki çıxışlarında silahı olduğunu bildirən Harris, silahı olsa da, hücum silahlarının qadağan edilməsi fikrini yenidən gündəmə gətirib.
Əli Hüseynov