• Bakı 24° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Həbsdə olan müğənni ölümdən dönməsindən danışdı

MƏDƏNİYYƏT

14 Fevral 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Həbsdə olan müğənni ölümdən dönməsindən danışdı

Ötən ilin may ayından ev həbsində olan türkiyəli məşhur müğənni Gülşən sosial şəbəkə vasitəsilə uşaqkən bir neçə dəfə ölümlə üzləşməsindən danışıb.

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, o bildirib ki, ailədə atası tərəfindən istənməyən uşaq olduğuna görə, uşaqlığı travmalar içində keçib.

"Atam mənim doğulmağımı istəmirmiş. Bəlkə də buna görə, dəfələrlə ölümlə üz-üzə gəlmişəm. Qızılca, su çiçəyi və diareya xəstəliklərini eyni vaxtda keçirib komaya düşmüşəm. 6 yaşımda zəhərlənmişəm, 8 yaşımda isə  məni yük maşını vurub. Görünür qismətdə yaşamaq varmış. Maraqlıdır ki, 12 yaşımda yadplanetlilərin gəmisini görmüşəm, amma kimsə bu dediyimə inanmır",- deyə o bildirib.

Müğənni iki dəfə səhnədən düşüb ayağını qırdığını da açıqlayıb.

"Başım bəladan açılmır",- deyə o əlavə edib.

Qeyd edək ki, Gülşən 2023-cü ilin may ayında  konsert zamanı dini məktəb qurtaran insanlar  haqqında xoş olmayan ifadə işlətdiyinə görə, məhkəmə qarşısına çıxıb, 10 ay müddətinə ev həbsinə məhkum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR