Dünya şöhrətli aktyor Al Paçino 96-cı “Oskar” mükafatlarının təqdimetmə mərasimində “Ən yaxşı film” mükafatına namizədlərin hamsını elan etməməsinin səbəbini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, aktyor məsələyə “Varieti”yə müsahibəsində aydınlıq gətirib.
“Niyyətim namizədləri sıralamaqdan yayınmaq deyildi. Bu, prodüserlərin qərarı idi, çünki bu filmlərin adları mərasim boyu artıq deyilmişdi. Hər kəs bilirdi”.
Sənətçi etdiyi hərəkətə görə üzr istəyib və bununla bəzi izləyiciləri məyus edə biləcəyini söyləyib.
Qeyd edək ki, martın 11-də Los Ancelesdə 96-cı Akademiya Mükafatlarının təqdimetmə mərasimi baş tutub. “Oppenheimer” filmi eyni anda yeddi kateqoriya üzrə “Oskar” alıb.
Günəş Mərd
















