• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Tanınmış supermodelə xərçəng diaqnozu qoyuldu 

MƏDƏNİYYƏT

14 Mart 2024 | 11:59

Tanınmış supermodelə xərçəng diaqnozu qoyuldu

Tanınmış supermodel Kristi Brinklinə dəri xərçəngi diaqnozu qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə supermodel sosial şəbəkədə məlumat verib.

70 yaşlı Kristi Brinkli xəstəlikdən təsadüfən xəbər tutduğunu deyib:

“Qızım ilə birlikdə müayinə üçün klinikaya getdim. Özünü həkimlərə göstərməyi planlaşdırmasam da, son vaxtlar məni narahat edən şiş haqqında soruşdum. Baxdı və dərhal bildirdi ki, biopsiya lazımdır”.

Məşhurun ​​sözlərinə görə, ona bazal hüceyrə xərçəngi diaqnozu qoyulub və dərhal əməliyyat olunub.

Xəstəxanadan fotolarını paylaşan Kristi pərəstişkarlarına günəş kremindən istifadənin vacibliyini xatırladıb.

Günəş Mərd

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026