Pakistan Milli Assambleyasının sözçüsü Raca Pervaiz Əşrəf 3 nəfərin ölümü ilə nəticələnən hərbi helikopterin qəzaya uğramasından sonra dərin hüznünü bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hərbi helikopter ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Qvadar bölgəsində qəzaya uğrayıb.
Həmçinin Pakistan Milli Assambleyasının sözçüsü Əşrəf Pakistan Hərbi Dəniz Qüvvələrinin helikopterində həyatını itirən 3 əsgərin ailələrinə başsağlığı verib.
Ay Tac
















