• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Araik müharibə qanunlarını da pozub: Cəzalar ağır olacaq  

DÜNYA

04 Oktyabr 2023 | 15:33 | Müəllif: Qalib İbrahimoğlu

Araik müharibə qanunlarını da pozub: Cəzalar ağır olacaq

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Qeyd edək ki, 19-20 sentyabr tarixlərində Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq, təslim olub və özünü buraxıb.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Bakıvaxtı.az-a açıqlamasında ilk növbədə Dövlət Təhlükəsiz Xidmətinin və digər orqanların əməkdaşlarını uğurlu əməliyyatlara görə təbrik edib.

Hüquq müdafiəçisinin sözlərinə görə, müharibə cinayətləri törətmiş əli qanlı qatillərin, separatçıların, yaramaz rejimin rəhbərliklərinin həbs olunması çox sevindirici və qürurverici hadisədir: "Bu əməliyyatlar hüquq-mühafizə orqanlarının, Dövlət Təhlükəsizlik Xidmətinin uğurudur. Hesab edirəm ki, bundan sonra axtarışda olan digər cinayətkarların da tapılmasının şahidi olacağıq”.

Müharibə dövründə Gəncənin düşmən tərəfindən üç dəfə raket atəşinə məruz qaldığını xatırladan Ç.Qənizadənin sözlərinə görə, raketlərdən biri 4 oktyabrda atılıb: “Bu hücumların arxasında separatçı rejimin "rəhbərliyinin" durduğu danılmaz faktdır. Çünki separatçı Araik Aratunyunyan özü etiraf edirdi ki, raketlərin atılması əmrini o verib. Şəhərlərimizə raket atılmasının, mülki şəxslərin qətlə yetirilməsinin Azərbaycana xəbərdarlıq məqsədi ilə edildiyini deyirdi. Daha uzaqdakı şəhərləri də raketlərlə vurmaqla təhdid edirdi. Bu, etirafdır və insanlıq əleyhinə törədilmiş cinayətin tərkib hissəsidir”.

Çüsahibimiz qeyd edib ki, müharibənin aparılması qanunları var və savaş gedən bölgədə, yaxud uzaqdakı şəhərlərdə mülki şəxslərin hədəf seçilməsi qadağandır: “Ancaq ermənilər uzaqmənzilli raketlərdən istifadə etməklə məqsədli şəkildə mülki şəxsləri hədəf seçirdilər. Ona görə də Araikin cəzası çox ağır olacaq".

Çingiz Qənizadə vurğulayıb ki, ümumiyyətlə, insanlıq və bəşəriyyət əleyhinə törədilən cinayətlərə görə, cəzalar olduqca ağırdır: "Azərbaycan qanunvericiliyində də çox sərt cəzalar nəzərdə tutulur. Məhkəmə hakimiyyəti müstəqildir, biz onun işində müdaxilə edə bilmərik. Ancaq saxlanılan separatçılar qatı cinayətkarlardır. Ümid edirəm, tezliklə hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti cinayət işinin istintaqını yekunlaşdıraraq baxılması üçün məhkəmələrə göndərəcək. Məhkəmələr də separatçılara layiq olduqları cəzaları verəcək".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR