• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

HƏMAS girovları azad etməyə hazırdır

DÜNYA

03 Noyabr 2023 | 13:29

HƏMAS girovları azad etməyə hazırdır

HAMAS bir aya yaxındır saxladığı bütün girovların “tam kompromis” (“hamının hamıya”) prinsipi əsasında azad edilməsinə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın NBC News telekanalına açıqlamasında HAMAS-ın Siyasi Bürosunun üzvü Qazi Həməd deyib.

Bununla belə, o İsrailin bunun qarşılığında öz həbsxanalarındakı bütün məhbusların azad edilməsini rədd edəcəyinə əmin olduğunu bildirib.

“Biz bu insanların evlərinə getmələrini istəyirik. Biz həmçinin, öz girovlarımızın evlərinə qayıtmalarını istəyirik. Ona görə də, mən düşünürəm ki, biz hərbi və ya mülki bütün girovları qəbul etmək üçün indi tam kompromisə, tam razılaşmaya hazırıq”, - Həməd deyib.

Qeyd edək ki, BMT-nin iyulda dərc etdiyi hesabatına əsasən, İsrail 160-ı uşaqlar olmaqla 5000 fələstinlini girov saxlayır. Hesabata görə, bunlardan 1100-ü heç bir məhkəməsiz və ya ittihamsız saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026