HƏMAS Qəzzada 10 aydan artıqdır ki davam edən soyqırımı dayandırmaq üçün Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında təcili toplantı çağırıb.
Bakıvaxtı.az HƏMAS-ın verdiyi yazılı açıqlamaya istinadən xəbər verir ki, bəyanatda Qəzza xalqına qarşı soyqırımın dayandırılması və İsraillə siyasi, ticari və diplomatik əlaqələrin kəsilməsi üçün təsirli qərarların qəbul edilməsinin lazım olduğu bildirilib.
Bu çərçivədə noyabrın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İƏT-Ərəb Liqası Birgə Zirvə Toplantısında qəbul edilən qərarların həyata keçirilməsinə çağırış edilib.
Əli Hüseynov
















