• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Həqiqi hərbi xidmət müddəti azaldılır

DÜNYA

10 Iyun 2022 | 00:41

Həqiqi hərbi xidmət müddəti azaldılır

Gürcüstanda həqiqi hərbi xidmət müddəti daha 4 ay azaldılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məqsədlə çağırışçılar üçün milli hərbi xidmətin yaradılması nəzərdə tutulub. Ölkədə həqiqi hərbi xidmətə çağırış sistemində də dəyişikliklər ediləcək. Eyni zamanda, ölkədə həqiqi hərbi xidmət müddəti 12 aydan 8 ayadək azaldılması planlaşdırılıb.

Nazir deyib ki, dəyişiklikdən sonra həqiqi hərbi xidmətdən yalnız müdafiə nazirliyi sistemində keçmək mümkün olacaq. Xidmət dövründə gənclər yüksək səviyyədə ilkin döyüş hazırlığı əldə edə biləcəklər.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, 18-27 yaş arasında kişilər 12 aylıq həqiqi hərbi xidmət keçməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR