• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İtaliyada faciə: ölənlərin sayı 11-ə çatdı

DÜNYA

09 Iyul 2022 | 21:37 | Müəllif: Subhan Mahmudov

İtaliyada faciə: ölənlərin sayı 11-ə çatdı

İtaliyada Alp dağlarının Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, aparılan axtarış-xilasetmə əməliyyatları zamanı uçqunun altından daha bir nəfərin cəsədi çıxarılıb. Bununla da hadisə nəticəsində itkin düşənlərin hamısının cəsədi uçqunun altından çıxarılıb.

Xatırladaq ki, iyulun 3-də Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsi dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ümumilikdə 11 nəfər ölüb, 8-i yaralanıb, itkin düşənlərin 8-i sağ tapılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026