Rusiyada ötən həftə koronavirusa yoluxanların sayı 60 faiz artıb.
Bakıvaxtı.az xəbər verir ki, avqustun 7-də ölkədə 17 min 862 yeni yoluxma aşkar edilib, 1252 nəfər xəstəxanaya yerləşdirilib, 8721 nəfər sağalıb, 45 xəstə dünyasını dəyişib. Rusiyanın 15 regionunda, o cümlədən Moskva və Sankt-Peterburqda orta göstəricidə artım qeydə alınıb.
Xəstəxanaya yerləşdirilmiş yoluxanların sayı da 27,7 faiz artıb.
Qeyd edək ki, iyul ayında Rusiyada “omikron” ştamının daha yoluxucu “kentavr” növü aşkarlanıb. Bundan sonra ölkədə peyvənd proqramını bərpa etmək tövsiyə olunub.
















