• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Paşinyan Qarabağa görə Putinə zəng etdi

DÜNYA

08 Avqust 2022 | 20:03

Paşinyan Qarabağa görə Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. 

Bakıvaxtı.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışğı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. 

Onlar Qarabağda vəziyyətin inkişafı, eləcə də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb. 

Qeyd edək ki, bu, son bir həftədə Putinlə Paşinyanın ikinci telefon danışığıdır. Bundan əvvəlki danışıq avqustun 2-də olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026