• Bakı 24° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Romada güclü yanğın baş verdi

DÜNYA

09 Iyul 2022 | 23:34 | Müəllif: Subhan Mahmudov

Romada güclü yanğın baş verdi

İtaliyanın paytaxtı Romanın cənub-şərqindəki Via Kasilina bölgəsində güclü yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, əraziyə yaxın yerləşən iki binanın sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə mülki-müdafiə qüvvələri və helikopterlər cəlb olunub. Alovun Kentoçelle parkının ərazisinə keçməsinin qarşısının alınması istiqamətində səy göstərilir.

Şahidlər ərazidə bir neçə dəfə partlayış səslərinin eşidildiyini bildiriblər. Yanğın nəticəsində yayılan tüstü buludu paytaxtın mərkəzindən də görünüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026