• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Əsirlər DƏYİŞDİRİLDİ - FOT0

CƏMİYYƏT

13 Dekabr 2023 | 15:52

Əsirlər DƏYİŞDİRİLDİ - FOT0

Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər.

Bakıvaxtı Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir ki, məlumat verildiyi kimi, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

***

15:21

Əsirlər dəyişdirilir.

Bakıvaxtı.az erməni mətbuatına istinadən xəbər verir ki, Qazaxda Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi prosesi başlayıb.

***

13:00

Dekabrın 13-də günün birinci yarısında Ermənistan-Azərbaycan sərhədində Qazax rayonunda hərbi əsirlərin  mübadiləsi keçiriləcək. Bu barədə beş gün əvvəl elan edilib.

Bakıvaxt.az xəbər verir ki, bu barədə Turan agentliyinə məlumatlı mənbələrdən bəlli olub.

Qeyd edək ki, Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə iki azərbaycanlı əsgəri azad edəcəyi gözlənilir.

Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə əsir düşənlərdir.

İki azərbaycanlı əsgər 2023-cü ilin aprelində Qafan şəhəri ərazisində əsir götürülüb.


Əsirlər DƏYİŞDİRİLDİ - FOT0Əsirlər DƏYİŞDİRİLDİ - FOT0Əsirlər DƏYİŞDİRİLDİ - FOT0Əsirlər DƏYİŞDİRİLDİ - FOT0Əsirlər DƏYİŞDİRİLDİ - FOT0
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026