• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi həkimlərimiz Kahramanmaraşda iş başındadırlar - FOTOLAR

CƏMİYYƏT

09 Fevral 2023 | 16:48

Hərbi həkimlərimiz Kahramanmaraşda iş başındadırlar - FOTOLAR

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər.

Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.
 


Hərbi həkimlərimiz Kahramanmaraşda iş başındadırlar - FOTOLARHərbi həkimlərimiz Kahramanmaraşda iş başındadırlar - FOTOLARHərbi həkimlərimiz Kahramanmaraşda iş başındadırlar - FOTOLARHərbi həkimlərimiz Kahramanmaraşda iş başındadırlar - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026