• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hərbi xidmətə çağırış yaşı qaldırıla bilər

DÜNYA

21 Dekabr 2022 | 16:56

Hərbi xidmətə çağırış yaşı qaldırıla bilər

Rusiyada hərbi xidmətə çağırışın 18 yaşdan 21 yaşa qaldırılması təklif edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən MN-nin kollegiya iclasında çıxışında bildirib.

O, Rusiya Müdafiə Nazirliyinin vətəndaşların hərbi xidmətə çağırış yaşının mərhələli şəkildə 18-dən 21-ə, yaş həddinin isə 30-a qaldırılmasını təklif etdiyini söyləyib.

"Rusiya silahlı qüvvələrinin sayını 1,5 milyon hərbçiyə, o cümlədən 695 min müqaviləli hərbçiyə çatdırmaq lazımdır", deyə Şoyqu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026