• Bakı C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Hindistan Rusiyaya ixracatı 10 milyard dollara çatdırmağı planlaşdırır

DÜNYA

16 Dekabr 2025 | 17:14

Hindistan Rusiyaya ixracatı 10 milyard dollara çatdırmağı planlaşdırır

Hindistan Rusiyaya mal və xidmət ixracını ikiqat artıraraq 10 milyard dollara çatdırmağı planlaşdırır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən yaradılan Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) baş direktoru Acay Saxay Rusiya Ticarət Missiyasının təşkil etdiyi Biznes Klubun iclasında çıxış edərkən bildirib.

Saxay deyib: "İxracatımızı 5 milyard dollardan 10 milyard dollara qədər artırmağı planlaşdırırıq. Artıq bazara çıxış əldə etdiyimiz bir sıra sektorlar var və çox güman ki, Rusiya bazarına çıxışımızı artırmalı olacağıq".

Onun sözlərinə görə, Rusiya ilə Hindistan arasında ticarət son bir ildə çox dinamik şəkildə inkişaf edib: "Əminik ki, ticarəti inkişaf etdirməyə davam edəcəyik. Ticarət genişlənəcək, ixrac artacaq və dialoq zamanı hansı kiçik məsələlər ortaya çıxsa, biz onları həll etmək niyyətindəyik".


SON XƏBƏRLƏR