• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

DÜNYA

20 Yanvar 2022 | 17:27

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Hindistanda “BrahMos” qanadlı raketinin təkmilləşdirilmiş variantı uğurla sınaqdan keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi nəzdindəki Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tvitter hesabında məlumat paylaşıb:

“Təkmilləşdirilmiş imkanlara malik "BrahMos" səsdən iti qanadlı raketinin bu gün Odişa sahillərindəki Çandipur Vahid Sınaq Sahəsindən uğurlu sınaq uçuşu həyata keçirilib”.

Qeyd edək ki, “BrahMos” qanadlı raketlərini Hindistan və Rusiya birgə istehsal edir. Bu raketin ilk variantı 2001-ci ildə sınaqdan keçirilib. Ötən həftə həmin raketlərin dəniz variantı da uğurla sınaqdan keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026