• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Hubble Kosmik Teleskopu Yupiter və Uranda dəyişən hava şəraitini çəkdi

CƏMİYYƏT

30 Mart 2023 | 14:36

Hubble Kosmik Teleskopu Yupiter və Uranda dəyişən hava şəraitini çəkdi

NASA-nın Hubble Kosmik Teleskopu Yupiter və Uranda havanın yavaş-yavaş dəyişdiyini təsbit edib.

Bakıvaxtı.az xəbər verir ki, Hubble Kosmik Teleskopu 2014-2022-ci illərdə Yerin ekzoplanet qonşularını tədqiq edib. Nəticədə Yupiter və Uranda zamanla hava və fəsillərin dəyişməsi aşkar edilib.

Bu o deməkdir ki, Günəşdən təqribən 779 milyon km uzaqlıqda olan Yupiterdə və təxminən 3 milyard km uzaqlıqda yerləşən Uranda fəsillər daha yavaş irəliləyir. Lakin nəhəng planetlər hələ də ekstremal hava hadisələrinə məruz qalırlar. Bu, xüsusilə 42 ildir günəş işığından məhrum olan Uran üçün keçərlidir.

Hubble tərəfindən 2022-ci ilin noyabrında çəkilmiş Uranın şəklinə görə, planetin üzərində dumanlı ağ dairə əmələ gəlib.

NASA-nın tədqiqat qrupu Dr. Emi Simon "Bunlar nəhəng atmosferlərdir, onlar daim dəyişir. Baş verən prosesləri anlamaq üçün bizə daha çox vaxt lazımdır. Yupiterdə bir il 12 Yer ili çəkir. Biz bu atmosferdə gedən prosesi anlamaq üçün bu məlumat bazasını yaratmağa çalışırıq" deyib

Ay Tac


SON XƏBƏRLƏR