• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Husilər ABŞ və Britaniya ilə qarşıdurmaya hazırdılar

DÜNYA

30 Yanvar 2024 | 22:13

Husilər ABŞ və Britaniya ilə qarşıdurmaya hazırdılar

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər) ABŞ və Böyük Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazırdır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Məhəmməd Nasir əl-Atefi bildirib.

"Amerikalılar, ingilislər və onlarla koordinasiya edənlər Yəmənin suveren qərarının gücünü başa düşməlidirlər", - əl-Atefi deyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra "Ənsar Allah" hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini, gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücumlar edirlər.

Bu ilin yanvarın 12-də Böyük Britaniya və ABŞ qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində, o cümlədən Səna və Hudeydada "Ənsar Allah" hədəflərinə ilk zərbələr endirib. Hədəflər raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin üsyançıların radar stansiyaları olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026