• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İbrahimoviç karyerasını başa vura bilər

İDMAN

24 Aprel 2023 | 21:19 | Müəllif: Subhan Mahmudov

İbrahimoviç karyerasını başa vura bilər

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının 31-ci turunun "Leççe" ilə matçında (2:0) yenidən sıradan çıxıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, isinmə hərəkətləri zamanı baldır əzələsində ağrı hiss edib və meydana çıxa bilməyib.

Xatırladaq ki, uzun müddətdir zədədən əziyyət çəkən 41 yaşlı futbolçu ötən ay sıraya qoşulsa da, martda yenidən zədələnmişdi. O, iki gün əvvəl zədəsini bərpa edərək komanda ilə məşqlərə başlamışdı. 

Zlatanın dünənki zədəsindən sonra İtaliya mətbuatında onun karyerasını başa vuracağı haqda xəbərlər yayılıb.

Qeyd edək ki, İbrahimoviç 2020-ci ildən "qırmızı-qaralar"ın heyətində çıxış edir. O, 2010-2012-ci illərdə də İtaliya klubunda oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026