• Bakı 27° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İki gündə 43 nəfər istidən öldü

DÜNYA

15 Iyul 2022 | 20:51 | Müəllif: Subhan Mahmudov

İki gündə 43 nəfər istidən öldü

İspaniyada şiddətli istilərlə əlaqədar iki gün ərzində 43 nəfər vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İnstitutu bildirib.

Qeyd olunub ki, ölüm halları, əsasən, iyulun 10-11-də qeydə alınıb. Həyatını itirənlərin böyük əksəriyyətinin 75 yaşdan yuxarı şəxslərin olduğu deyilir.

İyun ayı ərzində İspaniyada istidən ölənlərin sayı 829 nəfər təşkil edib. İyul ayında isə bu günədək 111 nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, son günlər bütün İspaniya ərazisində şiddətli istilər hökm sürür. Ölkənin bəzi yerlərində temperatur 45 dərəcəyədək çatır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026