• Bakı 16° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

İki komanda çempionata qələbə ilə başladı

İDMAN

28 Oktyabr 2023 | 17:53

İki komanda çempionata qələbə ilə başladı

"Xırdalan" və "NTD-İndiqo" klubları Azərbaycan çempionatına qələbə ilə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, adı çəkilən komandalar Azərbaycan Basketbol Liqasının I turunda rəqiblərini məğlub ediblər.

"Xırdalan" "Sərhədçi" İdman Mərkəzində baş tutan görüşdə "Şəki" klubunu üstələyib - 102:78. "Xırdalan"dan Cakori Arçi (29 xal, 7 ribaund), "Şəki"dən isə Pol Dibal (33 xal, 20 ribaund) qarşılaşmanın ən məhsuldar basketbolçuları olublar.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən "NTD-İndiqo" - "Sumqayıt" oyunu isə meydan sahibinin 97:79 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"dan Qriffin Remmi (22 xal, 7 assist), "Sumqayıt"dan Tayrey Rendall (23 xal, 3 assist) olublar.

Qeyd edək ki, I tura sabah keçiriləcək "Gəncə" - "Sabah" matçı ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR