• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İlham Əliyev zəngilanlıların köçürüləcəyi tarixi AÇIQLADI

CƏMİYYƏT

20 Oktyabr 2021 | 20:06 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev zəngilanlıların köçürüləcəyi tarixi AÇIQLADI

“İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, bu təbii gözəlliyi nəzərə alaraq müasir, çox gözəl bir şəhər qurulacaq:

“Azad edilmiş torpaqlarda birinci ağıllı kənd layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də, bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026