• Bakı 10° C

    13.76 m/s

  • USD - 1.7

    EUR - 1.8808

    RUB - 1.9773

Sertifikasiyadan keçməyən müəllimin tələbi rədd edildi

CƏMİYYƏT

04 Aprel 2025 | 11:34

Sertifikasiyadan keçməyən müəllimin tələbi rədd edildi

Sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş, Laçın rayon 9 nömrəli tam orta məktəbinin keçmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Qədirova Şəlalə Kərim qızı imtahanın nəticələri ilə razılaşmayaraq məhkəməyə müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a MÜTDA-dan bildirilib.

Məlumata görə, o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “31 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanının və 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.

Belə ki, məhkəmənin qətnaməsi ilə onun iddiası təmin olunmayıb.


SON XƏBƏRLƏR

09 Aprel 2025