• Bakı 12° C

    8.83 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Mədəniyyət naziri tərəfindən Bakıda vətəndaş qəbulu keçirilib

CƏMİYYƏT

09 Aprel 2025 | 16:41

Mədəniyyət naziri tərəfindən Bakıda vətəndaş qəbulu keçirilib

Aprelin 9-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən bir qrup vətəndaşın müraciətləri dinlənilib. 

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət Nazirliyində keçirilən və nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri, əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi, yaradıcılıqla bağlı layihəyə dəstək verilməsi və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlər araşdırılması və qanunvericiliyə uyğun tədbir görülməsi məqsədilə qeydiyyata alınıb.

Bir sıra məsələlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.


SON XƏBƏRLƏR

16 Aprel 2025