• Bakı 28° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

İlon Maskdan qərar: Bu qərargahlar Kaliforniyadan çıxarılacaq

DÜNYA

17 Iyul 2024 | 16:30

İlon Maskdan qərar: Bu qərargahlar Kaliforniyadan çıxarılacaq

Amerikalı milyarder İlon Mask "SpaceX" və "X"in qərargahlarını Kaliforniyadan köçürəcəyini açıqlayıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bir neçə öncə Kaliforniya ştatının qubernatoru Gavin Nevsom məktəb işçilərinin övladlarının cinsi şəxsiyyətindəki dəyişikliklər barədə valideynlərə məlumat vermələrini qadağan edən qanun layihəsini imzalayıb.

Bu qərarı sərt tənqid edən Mask bildirib ki, qəbul olunan qanun son damladır.

"Ailələrə və şirkətlərə yönəlmiş bu və digər qanunlara görə, "SpaceX" və "X" öz qərargahlarını Kaliforniyadan Texasa köçürür. Bu cür qanunlar ailələri və müəssisələri uşaqlarını qorumaq üçün Kaliforniyanı tərk etməyə məcbur edəcək", - deyə Mask bildirib.

Qeyd edək ki, Kaliforniya məktəb işçilərindən uşağın icazəsi olmadan şagirdlərin cinsi oriyentasiyası barədə ailələrə məlumat verməsini tələb etməyi qadağan edən ilk ABŞ ştatı olub.

Gülşən Şərif 


SON XƏBƏRLƏR