• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tailandda yeni Baş nazir təyin edilib

DÜNYA

16 Avqust 2024 | 15:08 | Müəllif: Əli Hüseynov

Tailandda yeni Baş nazir təyin edilib

Tailandda yeni Baş nazir təyin edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hökumətin başçısı vəzifəsinə sabiq Baş nazir Taksin Çinavatın qızı, 37 yaşlı Petonqtarn Çinavata təyin edilib.

Petonqtarn Tailandın hökumət başçısı olan ikinci qadın və bu günə qədər Krallığın ən gənc Baş naziridir. O, ailəsinin Baş nazir postunu tutan üçüncü nümayəndəsi olacaq. Petonqtarn Çinavatanın atası 2001-2006, xalası Yinqlak isə 2011-2014-cü illərdə bu vəzifədə xidmət ediblər.

İki gün əvvəl Banqkok Konstitusiya Məhkəməsi Baş nazir Settha Thavisini vəzifəsindən kənarlaşdırıb. May ayında orduya yaxın onlarla senator Setthanı məhkəməyə vermişdi. Onu etika qaydalarını pozmaqda ittiham ediblər. Bunun səbəbi Piçit Çınbanın cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq, Baş nazirin onu aparat rəhbəri təyin etməsi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026