• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İmişli sakinindən silah və narkotik aşkarlandı

HADİSƏ

29 Noyabr 2022 | 09:02 | Müəllif: Qalib İbrahimoğlu

İmişli sakinindən silah və narkotik aşkarlandı

İmişli sakinindən silah və narkotik aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini, 61 yaşlı Tahir Bəşirov saxlanılıb.

Həmin şəxsdən kibrit qutularında və kağız bükümlərdə qablaşdırılmış ümumi çəkisi 30 qram olan marixuana, bir ədəd revolver tipli tapança və 37 ədəd patron aşkarlanıb.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR