• Bakı 6° C

    0.62 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda sexdə yanğın oldu

HADİSƏ

28 Dekabr 2022 | 17:46

Bakıda sexdə yanğın oldu

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, ümumi sahəsi 130 m² olan birmərtəbəli istehsalat sexinin dəmir konstruksiyalardan ibarət dam örtüyünün taxta atmaları 100 m² sahədə, içərisində 30 m² sahədə karton taralar və 2 ədəd dəzgah yanıb.

Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 ədəd həcmi 50 litr olan məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026