• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İmişlidə 17 yaşlı qızın toyu təxirə salındı - YENİLƏNİB

CƏMİYYƏT

02 Sentyabr 2024 | 17:50

İmişlidə 17 yaşlı qızın toyu təxirə salındı - YENİLƏNİB

İmişlidə polisin müdaxiləsi ilə toyu təxirə salınan 17 yaşlı qızın təhsilə davam etməsi üçün tədbirlər görülür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, rayonu Məzrəli kəndində planlaşdırılan erkən nikahın qarşısı alınıb.

"Bir daha qeyd edirik ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən evlilik hallarına cəhd olunarsa qarşısı qətiyyətlə alınacaq!" - deyə, komitədən vurğulanıb

***

17:15

İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”un Muğan bürosunun sorğusuna Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən cavabda bildirilib.

Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026