• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İndiki insanlar keçmişdəkilərdən daha ağıllıdır - ARAŞDIRMA

CƏMİYYƏT

16 Iyul 2024 | 17:55

İndiki insanlar keçmişdəkilərdən daha ağıllıdır - ARAŞDIRMA

Hazırkı dövrdə insanlar əvvəlki nəsillərə nisbətən daha ağıllıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Economist" nəşrində dərc edilən məqalədə bildirilib.

Məqalədə deyilir ki, 72 ölkədə aparılan araşdırma 1948-2020-ci illər arasında insanların orta intellekt əmsalının (IQ) hər on ildə 2.2 bənd artdığını aşkarlayıb. Araşdırma alim Ceyms Flinn tərəfindən aparılıb.

İnsanların daha ağıllı olması daha yaxşı qidalanma və əqli cəhətdən stimullaşdırılma ilə əlaqələndirilir. Bildirilir ki, beynin inkişafı üçün düzgün qidalar və fəaliyyət lazımdır.

"Bugünkü uşaqlar keçmişdəkilərə nisbətən qidalanma çatışmazlığından daha az əziyyət çəkirlər və məktəbə getmə ehtimalları daha yüksəkdir", - məqalədə bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026