• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yeni Kaledoniyada Fransa zorakılığı səbəbindən ölənlərin sayı 11-ə çatıb

CƏMİYYƏT

15 Avqust 2024 | 17:06 | Müəllif: Əli Hüseynov

Yeni Kaledoniyada Fransa zorakılığı səbəbindən ölənlərin sayı 11-ə çatıb

Yeni Kaledoniyada Fransa qüvvələrinin zorakılığı nəticəsində həyatını itirənlərin sayı 11-ə yüksəlib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Son hadisələrdə yaralananların sayının artdığı bildirilir. Hadisələr adanın yerli əhalisi ilə Fransa hakimiyyətləri arasında illərdir davam edən gərginliyin yeni bir mərhələsi kimi dəyərləndirilir.

Fransa hakimiyyəti bölgədə sabitliyi bərpa etmək məqsədilə zorakılığa baş vurduğunu iddia etsə də, yerli əhali bu addımı qətiyyətlə pisləyir.

Müxtəlif insan haqları təşkilatları da baş verən hadisələri sərt tənqid edərək, bölgədə vəziyyətin daha da pisləşə biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026