Qoşunların Əfqanıstandan çıxarılması qərarı terrorizmin yenidən canlanmasına şərait yaradan strateji səhvdir.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu tanınmış britaniyalı general Richard Barrons verdiyi müsahibədə deyib.
O hesab edir ki, Əfqanıstandan xarici kontingenti çıxarmaq qərarını dəstəkləyərək Böyük Britaniya və Qərb müttəfiqləri Əfqanıstanın gələcəyini satdılar: "Qoşunların çıxarılması strateji bir səhvdir. Bunun milli maraqlarımıza uyğun olduğuna inanmıram".
Onun sözlərinə görə, qoşunları geri çəkmək qərarı Asiya, Afrika və Yaxın Şərqdəki müttəfiqlərinə həqiqətən təəssüf doğuran mesaj oldu: ""Humanitar və ya siyasi böhrandan çıxış yolunu təmin etməkdənsə, biz oranı tərk etdik. Avropa ölkələrinə və dünyanın digər bölgələrinə ziyan vuraraq Əfqanıstanda yenidən terror təşkilatlarının yaranma riskini edirik. Düşünürəm ki, bu, çox pis strateji nəticədir".
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















