“Rosiya seqodnya” beynəlxalq informasiya agentliyinin direktoru, məşhur aparıcı Dmitri Kiselyov koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, jurnalist bu barədə RİA Novostiyə açıqlamasında deyib.
“38 dərəcə temperaturum var idi, xəstəxanaya yerləşdirdilər. Müalicə müsbət təsirini göstərdi. İndi temperatur normaldır. Bu, müsbət haldır”, - deyə Kiselyov bildirib.















