• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İngiltərədə zərərli qida reklamlarına qadağa tətbiq edildi

DÜNYA

07 Yanvar 2026 | 09:53 | Müəllif: Əli Hüseynov

İngiltərədə zərərli qida reklamlarına qadağa tətbiq edildi

Böyük Britaniya hökuməti bütün gün ərzində onlayn platformalarda zərərli qida məhsullarının reklamını qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu addımın atılmasında səbəb piylənmə ilə mübarizə tədbirləri olub.

Məlumata görə,yeni qaydalar qazlı içkilər, şokolad, pizza, tort, dondurma və şəkərli dənli bitkilər də daxil olmaqla 13 məhsul kateqoriyasını əhatə edir.

Reklamların məhdudlaşdırılması ilə hökumət hər il uşaqların pəhrizindən 7,2 milyard kalori azalacağını və 20 min piylənmə halının qarşısının alınacağını bildirir.

Rəsmi statistikaya görə, İngiltərədə ibtidai məktəbə başlayan uşaqların 22,1%-i artıq çəkidən, məktəbin sonunda isə 35,8%-i piylənmədən əziyyət çəkir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026