• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İntiqam Yaşar Tunisə gedəcək

CƏMİYYƏT

22 Noyabr 2022 | 13:17 | Müəllif: Qalib İbrahimoğlu

İntiqam Yaşar Tunisə gedəcək

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Tunisə gedəcək.

Bu barədə Bakıvaxtı.az-a məlumat verən İ.Yaşar qeyd edib ki, səfərdə məqsəd 42-ci Beynəlxalq Poeziya festivalında Azərbaycanı təmsil etməkdir.

Noyabrın 24-27-də keçiriləcək tədbirdə dünyanın bir çox ölkələrindən ədəbiyyat nümayəndələri iştirak edəcək. Tədbirə Tunisin Tozour şəhəri ev sahibliyi edəcək.

Tədbirdə şeirlər oxunacaq, müxtəlif panellərdə ədəbi müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026