• Bakı 15° C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İrakli Kobaxidze: Gürcüstanda sabitlik mövcuddur 

SİYASƏT

07 Noyabr 2025 | 18:39

İrakli Kobaxidze: Gürcüstanda sabitlik mövcuddur 

"Bu gün ölkədə sabitlik hökm sürür və hökumət bu mühiti qorumağa qərarlıdır".

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyibş

Onun sözlərinə görə, sabitlik Gürcüstanın inkişafının əsas açarıdır.

Baş nazir qeyd edib ki, son illər Gürcüstan bir çox siyasi sınaqlarla üzləşib, xüsusilə də 2020-ci il parlament seçkilərindən sonra ölkədə gərginliklər müşahidə olunub:

"Son illərdə ölkədə çevrilişə yönəlmiş beş fərqli cəhd oldu, lakin indi vəziyyət tam sabitdir. Biz ardıcıl siyasətimiz sayəsində sabitliyi bərpa etməyə nail olduq. Müxalifət isə son illərdə atılmış addımlar nəticəsində ciddi şəkildə zəifləyib” – deyə Kobaxidze bildirib.

Hökumət başçısı vurğulayıb ki, növbəti üç il ərzində seçkilər keçirilməyəcək və bu, hökumətə bütün diqqətini iqtisadi inkişaf istiqamətinə yönəltməyə imkan verəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR