İran iki Britaniya vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.
Bakıvaxtı.az İran mediasına istinadla xəbər verir.
İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangirin sözlərinə görə, həmin şəxslər yanvar ayında Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi tərəfindən həbs edilib.
Cahangir bildirib ki, həmin şəxslər turist adı altında İrana daxil olub və araşdırma adı ilə ölkənin bir sıra bölgələrində məlumat toplayıblar. Onun sözlərinə görə, saxlanılan şəxslər Qərb ölkələrinin kəşfiyyat orqanları ilə əlaqədə olublar.
Nuriyyə Musayeva