• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır

DÜNYA

06 Fevral 2022 | 00:25 | Müəllif: Subhan Mahmudov

İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır

Tehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa əl-Kazımi ilə telefon danışığı zamanı deyib.

"İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir, lakin Səudiyyə Ərəbistanı buna qarşılıqlı anlaşma və hörmət mühitində hazır olmalıdır", - deyə İran Prezidenti bildirib.

Onun sözlərinə görə, xarici qüvvələr müdaxilə etməsə, regionun bütün problemləri həll etmək olar.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR