• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı və Tehran əlaqələri müzakirə edildi

DÜNYA

07 Mart 2022 | 21:50 | Müəllif: Subhan Mahmudov

Bakı və Tehran əlaqələri müzakirə edildi

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə mədəniyyət və incəsənət sahələrində əlaqələrin davam etdirilməsi və daha da artırılması, beynəlxalq və regional təşkilatlar çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni mübadilə proqramlarının, qastrolların, sərgi, konfrans və digər birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Səfir Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın vaxtıilə işğalda olmuş ərazilərində tarixi və mədəni abidələrinin, məscidlərin dağıdılması və təhqir olunması haqqında məlumat verərək və bu abidələrin bərpası və qorunmasının Azərbaycan üçün prioritet təşkil etdiyini bildirib. Eyni zamanda Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal kampaniyası təşəbbüsü ilə çıxış etdiyini və İranın da nüfüzlü mədəni, ictimai-siyasi xadimlərinin sözügedən təşəbbüs çərçivəsindəki fəaliyyətlərə qoşula biləcəyini bildirib.

Görüşdə həmçinin, qarşılıqlı səfərlərin təşkil olunması və pandemiya şəraitinin yaxşılaşması ilə mədəniyyət günlərinin keçirilməsi ənənəsinin bərpası, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026