• Bakı 21° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İran “Starlink”ə girişi blokladı

DÜNYA

27 Sentyabr 2022 | 17:40

İran “Starlink”ə girişi blokladı

“Speys X”şirkətinin rəhbəri İlon Maskın İrandakı istifadəçilər üçün peyk internet xidmətini aktivləşdirəcəyini deməsindən sonra İran hökuməti “Starlink.com” saytına girişi bloklayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “PC MAG” portalı məlumat yayıb.

“Rəsmi olaraq “Starlink.com” İrana peyk satışını təklif etmir. Lakin Ağ Ev texnoloji şirkətlərin İranda internet xidmətlərini genişləndirməsi üçün sanksiyaları yumşaltdıqdan sonra Mask Tehranda “Starlink”i aktivləşdirəcəyini açıqladı. ABŞ bunu İranın ölkədə geniş yayılmış etirazları dayandırmaq məqsədilə sosial media və mobil telefonlara qarşı qadağalarına cavab olaraq edib. “SpeysX”in “Starlink” sistemi yerli istifadəçilərə senzura olmadan internetə daxil olmağa kömək edə bilər”, - məlumatda deyilib. /Axar.az


SON XƏBƏRLƏR

25 Aprel 2024