• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"İrana qarşı birtərəfli sanksiyalar ədalətsizdir" - Çavuşoğlu

DÜNYA

16 Noyabr 2021 | 00:37 | Müəllif: Subhan Mahmudov

"İrana qarşı birtərəfli sanksiyalar ədalətsizdir" - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində İranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşən Çavuşoğlu birgə mətbuat konfransında Tehranda olarkən özünü dostunun evində hiss etdiyini bəyan edib. O, İrana qarşı birtərəfli sanksiyaların ədalətsiz olduğunu diqqətə çatdırıb. Həmçinin, tərəflərin nüvə sazişinə geri dönməsi üçün pozitiv addımların atılmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, Türkiyə XİN rəhbəri İranla regional məsələlərdəki əməkdaşlığın hər zamankından daha əhəmiyyətli olduğunu bildirib.

Daha sonra İran prezidenti İbrahim Rəisi ilə görüşən Çavuşoğlu səfərinin ikitərəfli münasibətlər baxımından olduqca faydalı keçdiyini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026