• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İranda daha bir PARTLAYIŞ: 20-dən çox insan yaralanıb

DÜNYA

09 Yanvar 2024 | 19:16 | Müəllif: Subhan Mahmudov

İranda daha bir PARTLAYIŞ: 20-dən çox insan yaralanıb

İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü partlayışın baş verməsi nəticəsində 20-dən çox insan xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Fərdis bölgəsində (İranın şimalında, Əlborz əyalətində yerləşir - red.) Simin kosmetika müəssisəsində baş verən partlayışda yaralanan 23 nəfəri xəstəxanaya çatdırıblar”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu hadisə nəticəsində bir sıra zərərçəkənlərin ümumi vəziyyəti kritik qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR