• Bakı 24° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İranda heç bir İslam dəyəri yoxdur! - DEPUTAT

SİYASƏT

06 Oktyabr 2021 | 15:34

İranda heç bir İslam dəyəri yoxdur! - DEPUTAT

“İrandan Qarabağa gedən tırların qarşısı Azərbaycan tərəfindən alındı deyə, onların aqressiyası bizə daha da artdı”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə bildirib.

Millət vəkili bildirib ki, İran indi Ermənistana dəstəyini daha da artırmağa çalışır:

“İranın Azərbaycana qarşı ən böyük təzyiqləri məhz Ermənistanla bağlıdır. İran otuz ildir ki, Azərbaycan xalqının başına gətirilən Xocalı soyqrımını tanımır. Qeyd edim ki, İran din dövlətidir və İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Lakin əslində İranın məscidlərdə donuz saxlayan, müsəlmanları qətlə yetirən terroristlərə dəstək verməsi onun necə din dövləti olmasını göstərir və qınanır”.

Parlamentari qeyd edib ki, İran bu siyasəti ilə bütün İslam dünyasında biabır olub:

“Onlar bəyanat verdi ki, guya müsəlmanları müdafiə edirlər. Lakin gözləri qarşısında on minlərlə müsəlman, özüdə şiələr qətlə yetirilib, qadınlar təcavüzə məruz qalıb. İranın Ermənistanı müdafiə etməsi göstərir ki, onlarda heç bir İslam dəyəri yoxdur. Azərbaycanda da iranpərəst adamlar son zamanlar yaşanan gərginlikdən sonra özünü büruzə verməyə başlayıb. Sadəcə deyə bilərəm ki, belə təfəkkürlü insanlar bizdə təəssüf doğurur. Bu, Azərbaycan və azərbaycançılıq ideologiyasına ziddir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026